Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Etibar Pirverdiyevin bankının sədri işdən çıxarıldı

Etibar Pirverdiyevin bankının sədri işdən çıxarıldı

“Express Bank” ASC-nin İdarə Heyətinin sədri İlham Həbibullayev işdən çıxıb. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, onu müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov əvəz edir.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Qeyd edək ki, bank “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyevin bankı kimi tanınır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …