Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb.

Aparıcı tamaşaçıların artıq “Elgizlə izlə” verilişində Şəfiqə Nağıyevanı görməyəcəyini bildirib:

“Artıq Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir. Əgər söhbət məndən gedirsə ki, mən kiminləsə küsülülük saxlayıram, bu belə deyil. Mən heç kimlə küsülü deyiləm, Azərbaycanda küsülü olduğum heç kəs yoxdur. Yeganə bir nəfər var idi, onunla da barışmışam. O ki, qaldı Şəfiqə Nağıyevaya, biz bir də heç vaxt əməkdaşlıq etməyəcəyik. Yəni onu bir daha mənim efirimdə görməyəcəksiniz”.

Xatırladaq ki, bir neçə gün əvvəl vəkil Şəfiqə Nağıyeva ilə “Elgizlə izlə” verilişinin iştirakçısı Nüsrət arasında mübahisə yaşanıb. Daha sonra Nağıyeva ağlayaraq verilişi birdəfəlik tərk edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …