Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? (VİDEO)

Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? (VİDEO)

Artıq məktəbəhazırlıq qrupları üçün qeydiyyatdan keçən valideynlər məktəb seçiminə başladılar. Və proses sentyabrın 14-dək davam edəcək. Qeydiyyatın başladığı cəmi 3 gündür, amma valideynlərin müəyyən çətinlikləri üzə çıxıb.
ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.
Kimi “uşaq hələ balacadır, böyüyəndə alaram” deyib, kimi də “doğum haqqında şəhadətnaməsi var, uşaq üçün şəxsiyyət vəsiqəsi nə vacibdir?” fikrinə əsaslanaraq övladı üçün vəsiqə almağa tələsməyib. Amma uşağı beşyaşlıların məktəbəhazırlıq qrupuna yazdırmaq məqamı yetişəndə şəxsiyyət vəsiqəsinin tələb olunduğunu görüb çətin vəziyyətdə qalıblar.
Valideyn: “Getdik aldıq şəxsiyyət vəsiqəsini, yenə də uşaq qalıb ortada”.
Uşağı ortada qoyan səbəb isə artıq yerlərin dolmasıdır. Sırf şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən məktəbəhazırlıq qruplarından kənarda qalan uşaqların sayı bəlkə də yüzlərlədir. Vaxtında şəxsiyyət vəsiqəsi alınmır, alınanda isə artıq iş işdən keçmiş olur – siniflərdə yerlər dolur, uşaq qalır kənarda. Sual yaranır: bəs doğum haqqında şəhadətnamə? Onda bu sənəd nə işə yarayır? Təhsil Nazirliyi məsələyə bu cür aydınlıq gətirir. Həm məktəbəhazırlıq, həm də birinci sinfə qəbul eyni portal üzərindən həyata keçirilir və hər iki proses zamanı şəxsiyyət vəsiqəsi lazımdır. Məktəbəhazırlıq zamanı şəxsiyyət vəsiqəsindən istifadə finləşmə prosesini tamamlamaq üçün faydalıdır. Digər tərəfdən, əgər uşaq məktəbəhazırlığa doğum şəhadətnaməsi, birinci sinfə isə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər. Amma indiki vəziyyətdə bu uşaqlar artıq növbəti ildən 1-ci sinfə bu sənədlə avtomatik olaraq qəbul olunurlar.
Ellada Bayramova – Hüquqşünas: “Doğum haqqında şəhadətnamə yetərlidir, çünki uşaq onsuz da yetkinlik yaşına qədər valideynin qəyyumluğundadır. Özbaşına heç bir hərəkət edə bilmir. Əgər valideynə hər hansı süni mane yaradılırsa, qanun imkan verir ki, o, bununla bağlı məhkəməyə müraciət edib şəxsiyyət vəsiqəsinə ehtiyac olmadığını sübut etsin”.
Hüquqşunas “doğum haqqında şəhadətnamə yetərlidir” desə də fakt odur ki, uşaqların məktəbəhazırlığa qəbulu hələ ki, şəxsiyyət vəsiqəsi olmadan həyata keçirilmir. Bu sənədi almaq isə əslində elə də çətin iş deyil.
Aytən Muradova – Ədliyyə Nazirliyinin şöbə rəisi: “Doğum haqqında şəhadətnaməni əldə etdikdən sonra DİN-nin şəxsiyyət vəsiqəsi verilməsi bölməsinə müraciət edib uşaqlarına şəxsiyyətini təsdiq edən sənəd əldə edə bilərlər. Bu bilavasitə valideynlərin məsuliyyətidir. Qanunvericiliyin qoyduğu müddət 1 aydır. Aidiyyatı üzrə qeydiyyat şöbələrinə və yaxud ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrinə müraciət etməlidirlər”.
Görünür şəxsiyyətini təsdiq edən sənəd almaq şərtdir. Amma bir sual yaranır? Belə çıxır ki, anadan olandan sonra çox qısa bir zaman ərzində alınması tələb kimi qoyulan doğum haqqında şəhadətnamə artıq heç bir işə yaramır? Əgər işlərimizi şəxsiyyəti təsdiq edən FİN kodlu sənədlə həll etməliyiksə nə üçün, həyatımızın ilk sənədi olan doğum haqqında şəhadətnamədə həmin FİN kod qeyd olunmur, yaxud yenidoğulana elə birbaşa şəxsiyyət vəsiqəsi təqdim edilmir?

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …