Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Davamlı inkişafın təmin edilməsində dövlət idarəçiliyi metodları

Davamlı inkişafın təmin edilməsində dövlət idarəçiliyi metodları

Davamlı inkişaf XXI əsrin əsas prioritet sahələrindən biridir və davamlı inkişafın təmin olunması,insanların həyat şəraitinin yaxşılaşdırılması məhz səmərəli dövlət idarəçiliyindən asılıdır. Buna görə də səmərəli dövlət idarəçiliyi bütün sferaları əhatə etməlidir. Yəni həm iqtisadi,həm siyasi,həm də mədəni sahədə davamlı inkişafın təmin edilməsində dövlət idarəçiliyi xüsusi əhəmiyyətə malikdir.
Müasir davamlı inkişaf yanaşmasında səmərəli dövlət idarəetməsi təhsil,səhiyyə və digər sosial xidmətlərdən yararlanan vətəndaşları və bazar iqtisadiyyatından müxtəlif səbəblərdən yararlana bilməyənləri təmin etmək üçündür. Bu o deməkdir ki,dövlət idarəçiliyi vətəndaşlar üçün açıq olmalıdır. Təkmilləşmənin əsas aspekti elektron hökumət anlayışıdır. Elektron hökumət idarəçilik mexanizmlərini təkmilləşdirərək vətəndaşlara təklif olunan xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün informasiya texnologiyaları dövlət və hökumət orqanlarına tətbiq olunur.
Hökumət ölkə biznes və iqtisadiyyatın davamlı inkişafı üçün müsbət və dəstəkləyici rol oynayır var. Bu müxtəlif metodlarla özəl sektorun asanlaşdırılması nəzərdə tutur. Buna daxildir:

1. Yüksək qənaət dərəcəsinin dəstəklənməsi

2.Müvafiq maliyyə və pul siyasəti vasitəsilə investisiyaların stimullaşdırılması

3.Ölkənin dəyişən ehtiyaclarına uyğun olaraq əmək və insan gücü planlaşdırılması üçün müvafiq təhsil və təlim mərkəzləri vasitəsilə insan resursları inkişafına nail olunması

4. Texnoloji adaptasiyanın həvəsləndirilməsi(TAA)

5. Əqli mülkiyyət hüquqlarının qorunması

6. Orta və kiçik sahibkarlığın inkişafına dəstək

7. Mülayim olduqca aşağı qiymətləri inflyasiya sabitləşdirilməsi dərəcəsi

8. Daxili bazarların genişləndirilməsi

9. Yaxşı idarəetmə

10. Dürüst və sadiq siyasət

11. Ədalətli və ağlabatan vergi

12. Daxili sülhə doğru qanun və asayişin qorunması

13. Ahəngdar beynəlxalq eko-siyasi münasibətlər.

Davamlı inkişafın həyata keçirilməsində həmçinin dövlətin qarşısında duran əsas vəzifə “gələcəksiz inkişafın” qarşısını almaqdan ibarətdir. Gələcəksiz inkişaf ilk dəfə BMT tərəfindən təklif edilib və inkişaf prosesində müşahidə edilə bilən mənfi tendensiyaların qarşısının alınmasına xidmət edir. Davamlı inkişafdan fərqli olaraq, gələcəksiz inkişaf planlaşdırma və idarəetmənin elə bir üsuludur ki,o, əsasən,çağdaş nəsillərin maraqlarına xidmət edir,onların tələblərinin təmin edilməsini nəzərdə tutur. Bu arada gələcək nəsillərin imkanları məhdudlaşır. Belə qüsurlu planlaşdırma və idarəetmə prinsipləri bir çox hallarda nəinki gələcək nəsilləri,hətta çağdaş nəsillərin inkişaf prespektivlərini də nəzərə almır. Təsvir edilən və ya oxşar hadisənin baş verməsi cəmiyyətin istehlak mədəniyyətinin aşağı olmasından,bəzi ölkələr və ölkədaxili qruplarda istehlak səviyyəsinin həddən artıq yüksək,hətta israfçılıq səviyyəsində formalaşmasından irəli gəlir. Eyni zamanda hər hansı bir ölkədə reallaşdırılan siyasətin kifayət dərəcədə sosialyönümlü olmaması,vətəndaş cəmiyyətinin və fərdi sektorun sosial məsuliyyət prinsiplərini əsas məram kimi qəbul etməməsi gələcəksiz imkişaf ehtimalını artırır.
Bir sıra hallarda iqtisadi inkişafın düzgün planlaşdırılmaması da gələcəksiz inkişafa təkan verə bilər. Belə hadisələrə “texnoloji geriləmə ilə inkişaf” aiddir. Bu zaman hər hansı bir ölkə və ya region üçün yüni texnologiyalar tətbiq edilir,həmin texnologiyalar bu məkan üçün yenidir,lakin prespektivdə yüksək rəqabət qabiliyyətinə malik deyillər. Texnoloji geriləmə ilə inkişaf yüksək nəticələr əldə etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr arasında fərqlərin aradan qaldırılmasını əngəlləyən amillərdəndir. Bu növ gələcəksiz inkişafın qarşısının alınmasında elm,insan potensialı xüsusi əhəmiyyət daşıyır.Gələcəksiz inkişaf riskini kifayət dərəcədə nəzərə almayan idarəetmə bir çox hallarda təbii ehtiyatlardan qeyri-səmərəli istifadəyə gətirib çıxarır,müxtəlif ekoloji və sosial problemlər törədir.Gələcəksiz inkişafın qarşısının alınmasının əsas yolları isə yeni “yaşıl” istehsal, “yaşıl” həyat tərzindən və “yaşıl” davranışdan keçir ki,bu da öz növbəsində davamlı inkişaf naminə ətraf mühitin keyfiyyətinin qorunmasını və təbii sərvətlərdən səmərəli istifadəni təmin edir.
Bu vacib problemlərin həll yolu isə davamlı inkişaf sahəsində müasir biliklərə yiyələnmək və müvafiq bacarıqlar əldə etməkdən ibarətdir. Bu məsələnin vacibliyi BMT və UNESCO tərəfindən hazırlanmış 2005-2014-cü illəri əhatə edən “Davamlı inkişaf üçün təhsil” haqda onillik planda da öz əksini tapmışdır.
İdarəçilikdə davamlı inkişafı səciyyələndirən və bu istiqamətdə baş verən prosesləri təhlil etmək,onların planlaşdırılması və idarə edilməsini qiymətləndirmək,göstərilən fəaliyyətin effektivliyini yüksəltmək üçün xüsusi göstərici-idikatorlardan istifadə olunur. Beynəlxalq satistikada bu məqsədlər üçün bir neçə göstəricinin xüsusi əhəmiyyəti var. Bunlara enerjidən səmərəli istifadə, xammal qənaəti və tullatntıların təkrar istifadəsi,qorunan ərazilərin mövcudluğu və bir sıra digər göstəricilər aid edilə bilər.
Rasional idarəetmədə bərpaolunan və bərpaolunmayan resurslar inkişafın davamlılığının əsas indikatorurdur. Bu strategiyanın bir hissəsi kimi enerji resurslarından effektiv istifadə davamlı inkişaf üçün çox vacibdir və bunun bir çox metodları vardır. Beynəlxalq inkişaf institutları arasında ən geniş yayılan metodlardan biri resursların istifadəsinin səmərəli ölçüsünü göstərən istehlak indeksidir(GDP). Digər bir metod isə resursları istifadə edən ölkələr və regionlar arasında müqayisə aparmaqdan ibarətdir.
Səmərəli idarəçiliyin tətbiqi sahəsində korrupsiyaya qarşı mübarizə də mühüm istiqamətlərdəndir. Tarixin hər dövründə və hər coğrafiyasında korrupsiyanın ola biləcəyi mümkünküyünə baxmayaraq,əhəmiyyətlisi düzgün mübarizə üsullarının seçılməsi ilə korrupsiyanın ölçülərinin azalmasıdır. Ölkəmizdə də bu sahədə qanunvericilik və təşkilatı mexanizmlərin yaradılmasını qeyd etməliyik.
Qloballaşma şəraitində ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadənin təşkili və idarə olunmasında dövlətin müstəsna rolu vardır. Belə ki, insanın fəaliyyətinin ətraf mühitə vurduğu zərərin nəticələrinin aradan qaldırılması və ətraf mühitin bərpası özəl bölmə üçün kifayət qədər maraqlı olmadığından bu problemin həlli bilavasitə dövlətin öhdəsinə düşür. Təbiəti qorumaq və ətraf mühitin bərpası təbii ehtiyyatların saxlanılması və istifadəsində indiki və gələcək nəsillərin marağı gözlənilməklə qənaətliliyi həyata keçirmək üçün dövlətin ekologiya siyasəti formalaşdırılmalıdır. Bu siyasət çərçivəsində aşağıdakı funksiyalar yerinə yetirilməlidir:
1) Ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin idarəedilməsi üzrə xüsusi idarəedici qurumlar yaradılır. (Ekologiya və Təbii Sərvətlər Nazirliyini formalaşdırır)

2) Ekoloji monitorinqi həyata keçirir

3) Ekoloji audit və nəzarəti həyata keçirir

4) Dövlət səviyyəsində ekoloji standartları müəyyənləşdirir və təsdiq edir

5) Təbiətdən istifadə ilə bağlı sertifikat və lisenziyaların verilməsini müəyyənləşdirir. Bu funksiyaları həyata keçirmək üçün dövlət bir sıra tədbirləri reallaşdırır ki, bunlara da aşağıdakılar aiddir:

1) Ekologiya sahəsində normativ hüquqi bazanı yaradır. (“ Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunu qəbul edir v ə s.)

2) Beynəlxalq əməkdaşlığı reallaşdırır. (Beynəlxalq konvensiyalara qoşulur, monitorinqi təşkil edir)

3) Ətraf mühitin mühafizəsi üzrə qoruqları yaradır. (Azərbaycanda 13 dövlət qoruğu vardır)

4) Təbii ehtiyyatlardan istifadə üzrə limitləri müəyyənləşdirir və bəzi təbii ehtiyyatların kəşfiyyatı və istismarı üçün lisenziya qaydalarını tətbiq edir və s. Ümumiyyətlə, ekologiya sahəsində aparılan dövlət tədbirləri həm də ictimai nəzarətlə gücləndilir. Başqa sözlə, ictimai qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən ekoloji tərbiyə və təbliğat nəticəsində xüsusi cəmiyyətlər formalaşdırır. (Məsələn: Yaşıllar cəmiyyəti).
Dövlət tərəfindən həyata keçirilən ekologiya siyasəti birbaşa və dolayı metodlarla reallaşdırılır. Birbaşa metodlara aşağıdakılar aiddir:

1) Ekologiya sahəsində fondların yaradılması. ( Ətraf mühitin mühafizəsi fondu, meşələrin qorunması və bərpası fondu)

2) Dövlət səviyyəsində nadir bitki və heyvanların siyahısının təsdiq edilməsi. (Qırmızı kitabın tərtibi)

3) Qoruqların formalaşdırılaraq dövlət tərəfindən saxlanmasının maliyyəsinin təşkili (maliyyələşdirilməsi)

4) Bərpaolunan və bərpaolunmayan t əbii ehtiyyatların müəyyən edilərək onların təkraristehsal mümkünlüyünü və imkanlarını araşdırır

5) Qanun pozuntusuna görə cərimə və məsuliyyətə cəlbetmə sanksiyalarını tətbiq edir.
Dolayı metodlara aiddir:

1) Ekoloji təhlükəsiz avadanlıqların lizinqinin təşkili.

2) Ölkəyə ekoloji təmiz məhsulların gətirilməsinə nəzarətin təşkili. (Sanitar- gigiyenik, texniki və texnoloji normaların və standartların tətbiqi).

3) Ekoloji verginin tətbiqi.

4) Ətraf mühitin mühafizəsi və bərpası ilə məşğul olan müəssisələrə faizsiz kreditlərin verilməsi.

Göründüyü kimi,davamlı inkişaf son dövrün əsas prioritetlərindən birinə çevrilmişdir və davamlı inkişafın məqsədlərinə nail olunmasında səmərəli dövlət idarəçiliyinin rolu mühümdür.Davamlı insan potensialına əsaslanan inkişaf bir çox ölkələrin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün bütün dünyada dövlətlər müasir idarəçilik metodları əsasında davamlı inkişafın həyata keçirilməsinə çalışırlar.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının da son illərdə davamlı inkişaf sahəsində qazandığı uğurlarının əsasında müasir və innovativ idarəetmə texnologiyalarının tətbiqi durur.

Fərəczadə Simuzər, Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı
İnarə Məmmədova, Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …