Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Böyük sənətkarın “Böyük dayaq”dan sonra müəmmalı ölümü

Böyük sənətkarın “Böyük dayaq”dan sonra müəmmalı ölümü

Dəlicəsinə sevdiyi yoldşı Hökümə Qurbanovadan ayrılması, “Böyük dayaq” filminində başına endirilən zərbədən qısa müddət sonra dünyasını dəyişməsi bu günə qədər müəmalı qalır…. Söhbət Azərbaycan teatrının korifeylərindən sayılan Ələsgər Ələkbərovdan gedir.
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuyarkən tanış olduğu Hökümə Qurbanovaya 21 yaşında təkbaşına elçi gedib. Hökümə Qurbanovanın anası, Müslüm Moqamayevin bacısı, məşhur Terequlovlar nəslinin nümayəndəsi, Malikat xanım Höküməni Ələsgərə vermir:
“Görürəm, ağzından süd iyi gəlir. Bu da bolşeviklərin qız istəməsində təzə hoqqadır? Elçiyə bir bax! Sənin evlənən vaxtın deyil!”- deyərək Ələsgəri əliboş yola salır.
Картинки по запросу ələsgər ələkbərov hökümə qurbanova
Lakin onların sevgisi, xüsusilə də Hökümə Qurbanovanın inadı bütün çətinlikləri üstələyir.
Beləliklə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qururlar. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlir.
1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə getməyə məcbur olur..
Amma çox keçməmiş onların ailəsində problemlər yaranır. Qısqanclıq hissi və qarşılıqlı ittihamlar bir-birini dəlicəsinə sevən bu istedadlı insanları ayırır.İndi əzəmətli aktyor Ələsgər Ələkbərov bütün vacib qadın tərəf-müqabili rollarında Hökümə Qurbanovanı görmək istəmirdi.Nəticədə aktrisa uzun müddət baş rollardan məhrum oldu.
O, Hökumə Qurbanovadan ayrılandan sonra rus qızı ilə evlənir. Bir neçə il Tiflis Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışır. 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayır.
 Teatrda “Maktuf”,  “Şah Zeyir”, “Aydın, Heydərbəy”, “Fərhad” və s. olmaqla, onlarla rol oynayıb. Yaratdığı iki obraz – Vaqif və Otello yaradıcılığının zirvəsi hesab olunur.
“Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır.
Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb, aparırlar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə bağlanıb və yenidən açılır
Belə bir şayiə də var ki, rejissor Ədil Isgəndərov “Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla “qanlı bıçaq” imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Ədil Isgəndərov haqqında “On sozdal menya” – (“Məni o, yaratdı”) – deyirmiş…
Hətta bildirilir ki, zamanında incəsənət xadimlərinə fəxri adlar veriləndə hamı Akademik Dram Teatrına ayrılan fəxri adın Ələsgər Ələkbərova veriləcəyini gözləyirmiş. Ancaq bu fəxri ad teatrın rəhbəri Ədil Isgəndərova verilib.
Bundan sonra Ələsgər Ələkbərov teatrdan çıxmaq üçün ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət edib. Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına baxmayaraq, o, teatrdan uzaqlaşıb.
Ələsgər Ələkbərov bir də teatra 1959-cu ilin axırında – Ədil Isgəndərov vəzifəsindən uzaqlaşandan sonra qayıdıb. Ancaq sonra özü də başa düşür və etiraf edirdi: “İsgəndərovsuz teatr həmin teatr deyil”.
Ələkbərov həm də bir sıra filmlərdə rol alıb.  “Don Aqilla”, “Rüstəm kişi”,  “Fətəli xan” kimi yaddaqalan rollarda oynayıb.
Ələsgər Ələkbərovun çəkildiyi ən yaddaqalan film isə “Böyük dayaq”dır. Bu filmdə baş verən faciə onun ölümündə bilavasitə rol oynayıb.
Картинки по запросу ələsgər ələkbərov
Həmin epizada keçmədən öncə bir məqamı da qeyd edək ki, film çəkilərkən aktyorun böyrəklərində də ciddi nasazlıq baş verib. Film boyu o, bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır.
Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.
O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.
Beləliklə böyük sənətkar 31 yanvar 1963-cü ildə vəfat edir. (Moderator.az)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …