Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Bacısı ilə eyni yaşda, eyni gündə, eyni çarpayıda öldü – VİDEO

Bacısı ilə eyni yaşda, eyni gündə, eyni çarpayıda öldü – VİDEO

Onun tətbiqi mexanika və neft sahəsində araşdırmaları dünyada neft-qaz sənayesinə təkan verib. Dahi Azərbaycan alimi, tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik, neft-mədən mexanikasının nəzəri və praktik əsaslarının yaradıcısı olan Azad Mirzəcanzadənin elmi- fəlsəfi dünyası da, əslində böyük tədqiqat mövzusudur. Bu gün Universal Zəka sahibi akademik Azad Mirzəcanzadənin anım günüdür .

Akademik Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində təhsil alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşında professor adını alıb. 40 yaşında isə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.

Onun tələbəsi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriyasının rəhbəri Eldar Şahbazov deyir ki, Azad Mirzəcanzadə yeni informasiyanı sürətlə qəbul etmə qabiliyyətinə, aldığı məlumatı tez bir zamanda emal edib elmi yeniliklərlə, ideyalar çoxluğuna çevirmə bacarığına malik idi.

Onun tətbiqi mexanika və neft sahəsində araşdırmaları dünyada neft-qaz sənayesinə təkan verib. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi. Akademik ilk dəfə  müxtəlif  tərkibli neft axınlarının klassik Nyuton qanunlarına tabe olmadığını göstərib və bu tip neft yataqlarının nəzəri əsaslarını işləyib hazırlayıb.

Azad Mirzəcanzadə yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük qüvvə sərf edib.

Bacısı İradə xanımla aralarında sirli bir bağ olub. Bir-birlərinə həddindən artıq bağlı olan bacı-qardaşın taleyi də bənzər olub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …