Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm” – Emin

“Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm” – Emin

Xalq artisti Emin Ağalarov Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəyir.  “Qafqazinfo” xəbər verir ki, Emin bu barədə “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş mətbuat konfransında qeyd edib. 

Tədbirdə Emin Ağalarov, Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib.  

“Mən Azərbaycanı çox sevirəm. Bu problemin ölkəmdə həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm. Böyük uğurdur. Çünki işlədiyim sahədə bu, nadir hal kimi qəbul edilir.  Mənim 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar”- deyə E. Ağalarov bildirib. 

Xalq artisti dövlətin ona bu fəaliyyətində dəstək olacağına inandığını qeyd edib. 

Nikita Luşnikov isə bildirib ki, narkotik onun 10 ilini əlindən alıb: “Rusiyada elə bir narkotik növü olmayıb ki, istifadə etməyim. Ona görə də, bu asılılıqdan çətinliklə azad oldum. Heç bir həkim köməklik göstərə bilmədi. Özümə və Allaha inam sayəsində narkotikdən azad oldum. Rusiyada narkomaniya yayılıb. Bizə çox məşhurlar müraciət edib. Təəssüf ki, onların adını açıqlaya bilmərik, müalicə anonim şəkildə aparılır.  Elə tanınmışlar var ki, bizdən çox tok-şoulara müraciət edərək bundan reytinq toplayırlar. Heç kimin bostanına daş atmıram. Bu, onların işidir.

Həqiqətən də əziyyət çəkənlər arasında xilas ola bilməyənlər də var. Buna səbəb onların öz xilas istəklərinin az olması ilə bağlıdır. Azərbaycanda da narkomaniya var, ancaq Rusiyadakı kimi güclü deyil. Bizə Azərbaycandan da müraciət edənlər var, uğurla müalicəni bitiriblər. Biz Eminlə burada mərkəz açmaq qərarına gəlmişik, bir neçə beynəlxalq layihələrdə də əməkdaşlıq edəcəyik”. 

Luşnikov etiraf edib ki, möcüzə sayəsində narkotikdən xilas olub və təxminən 15 il əvvəl “NAS”ı yaratmaq qərarına gəlib. 

Pavel Derevyanko da jurnalistlərin suallarına cavab verərək müalicə olunanlar barədə fikirlərini bölüşüb:

“Aktyorların stresli həyatı var. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Mən mərkəzə gedəndə müalicə olanlarla tanış oldum və mənim üçün böyük görünən problemlərimin onların yanında heç nə olduğunu anladım. Biz onlara kömək etməyə çalışırıq. Təəsüf ki, çox vaxt narkotikə güc gələ bilmirlər. Ancaq biz kömək üçün əlimizdən gələni edirik”. 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …