Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Azərbaycandan kimi Nobel mükafatına namizəd görürsünüz?” – SORĞU

“Azərbaycandan kimi Nobel mükafatına namizəd görürsünüz?” – SORĞU

Bu il Azərbaycandan Nobel mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə olub. Qeyd edək ki, Şeyxülislam artıq ikinci dəfədir ki, bu mükafata namizəddir.

İndiyə qədər Azərbaycanın bir çox tanınmış ziyalısı, alimləri, elm xadimləri Nobel mükafatına namizəd olub. Lakin formalaşmasında Bakı neftinin də müstəsna rolu olmuş Nobel mükafatı hələ ki, ölkəmizə gəlib çıxmayıb. Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri düzgün namizədin seçilməməsidir.

Bəs Bakı sakinləri Azərbaycandan kimi Nobel mükafatına namizəd görür?

“TV Musavat”ın əməkdaşları bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin bir-birindən fərqli cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …