Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandan 760 nəfər Həccə getmək istəyir

Azərbaycandan 760 nəfər Həccə getmək istəyir

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 760 insan müraciət edib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Qeyd edilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 760 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Ümumilikdə isə bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur. Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …