Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda pilotsuz uçan aparatlar elektron formada qeydiyyatdan keçiriləcək

Azərbaycanda pilotsuz uçan aparatlar elektron formada qeydiyyatdan keçiriləcək

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası məsafədən idarə olunan pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulunu elektron formada həyata keçirəcək.

“Trend”in məlumatına görə, bu barədə Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.

Qeyd edək ki, bununla yanaşı, Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …