Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda məktəbli yolda 5 min tapdı

Azərbaycanda məktəbli yolda 5 min tapdı

Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.

” Azinforum.az ” AZƏRTAC-a istinadən xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …