Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda koronavirusa yoluxan deputat var? – Açıqlama

Azərbaycanda koronavirusa yoluxan deputat var? – Açıqlama

“Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …