Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Ayıbdır, özünü ağır apar” – Xalq artistindən irad

“Ayıbdır, özünü ağır apar” – Xalq artistindən irad

“Məni ən çox əsəbiləşdirən bəzi aparıcıların efirdə şit-şit hərəkət etməsidir. Verilişə dəvət etdiyi müğənni mahnı oxuyur, bu da düşür ortalığa, ona qoşulub oynayır”.

Bunu xalq artisti, məşhur diktor Sabir Ələsgərli aparıcıların efir mədəniyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib.

Diktor bəzi aparıcıların buna əməl etmədiyini təəssüf hissi ilə bildirib:

“Efir mədəniyyəti olmalıdır. Ayıbdır, özünü ağır apar, axı sən aparıcısan, milyonlarla izləyici sənə baxır, sən efir davranışına əməl etməlisən. Aparıcı özünə hörmət etməyi bacarmalıdır ki, izləyiciləri də ona dəyər verib, hörmət etsin. Nə oturuşlarına-duruşlarına fikir verirlər, nə hərəkətlərinə, nə də danışıqlarına. Belə aparıcılara məsləhət görərdim ki, özlərinə hörmət etsinlər, dəyər versinlər, izləyicilərin rəğbətini qazansınlar. Sən aparıcı, ortalığa düşüb verilişinə dəvət etdiyin qonaqla rəqs edirsənsə, izləyicin sənə nə hörmət bəsləyəcək?”. /Yenicag.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …