Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ayaz Salayev: “Evimi iranlılara kriayə verib, həmin pulla lentləri tapdım”

Ayaz Salayev: “Evimi iranlılara kriayə verib, həmin pulla lentləri tapdım”

Əməkdar İncəsənət xadimi Ayaz Salayev “Yarasa” filminin çəkilişlərindənd anışıb.

Bu barədə o, “Onun sirri” proqramında açıqlama verib.

A. Salayev deyib ki, həmin ekran işinin çəkilişləri böyük əziyyətlə olub:

“Biz o filmi dəhşətli çətinliklə çəkdik. Həmin dövrdə ölkəmizdə kino istehsalı sıfır dərəcəsində idi. Azərbaycan kinostudiyasında direktor yox idi. Biri getdi, yenisi gəlməmişdi hələ. Nəqliyyat belə yox idi, qışda yollar buz bağlamışdı.

Sankt-Pterburqda “Lennfilm” kinostudiyasının labaratoriyasında film aşkar edilirdi. O zaman letnlər itdi.

Filmin prodüseri Saday Əhmədov idi. Mən o film üçün pul axtarırdım, artıq yuxlarımda da görürdüm, böyük stress keçirirdim, Saday müəllim vəsait ayırdı, filmi əziyyətlə çəkdik. Lakin lentlər itdi. Bunu Saday Əhmədova demədik. Mən evimi iranlılara kriayə verib, həmin pulla gedib lentləri tapdım”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …