Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Aprel şəhidi Raquf Orucovun xanımı vəkilliyə başlayır – FOTO

Aprel şəhidi Raquf Orucovun xanımı vəkilliyə başlayır – FOTO

2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır.

Bu barədə Azvision.az -a S.Orucova özü məlumat verib. O, bildirib ki, vəkilliyə qəbul imtahanından uğurla keçib.

Qeyd edək ki, ötən gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov şəhid xanımına vəkillik vəsiqəsini təqdim edib. S.Orucova Bakıda fəaliyyət göstərəcəyini deyib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …