Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı – FOTO

Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı – FOTO

Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib. 

Bu barədə Azvision.az -a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.
Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. 

Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …