Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Amalımız Sahibkarlığın inkişaf etdirilməsində Dövlət Başçımızın qoyduğu bütün tələbləri məsuliyyətlə həyata keçirtməkdir

Amalımız Sahibkarlığın inkişaf etdirilməsində Dövlət Başçımızın qoyduğu bütün tələbləri məsuliyyətlə həyata keçirtməkdir

Ölkəmiz erməni vandalizmi  tərəfindən 30 il əvvəl işğal olunmuş 20 faiz torpaqlarımızın müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsinin möhtəşəm qələbə gününü yaşamaqdadır. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbə vurulması təkcə qonşu ölkələrdən deyil,bütün dünya mediasında günün bir nömrəli mövzusuna çevrilmişdir. Bu möhtəşəm günlərin şahidi olmağımdan, Azərbaycan vətəndaşı adı daşıdığımdan sonsuz  qürur duyuram. Dövlətimiz ölkəmizin hər  bir vətəndaşına onun çiçəklənməsi ,inkişaf etmiş qabaqcıl dövlətlər sırasına çıxmağımız üçün lazım olan bütün imkanları yaratmışdır. Bu sırada ölkə sahibkarlarına da geniş meydan verilməsi heç də təsadüfi deyil. Axı hər bir dövlət ilk növbədə özünün möhkəm maddi texniki bazaya əsaslanan dayaqları üzərində inamla addımlaya bilər. Bu sırada iri,orta və kiçik sahibkarlıq  subyektlərinin də üzərinə böyük  vəzifələr düşür. Və onlar  yaradılan münbit şəraitdən maksimum yararlanmaq ölkəmizin sürətli inkişafına öz layiqli tövhələrini verməkdədirlər. Onların bu quruculuq işlərini mətbuat səhifələrində olduğu kimi “sahibkartv.az” saytında oxucuların diqqətinə çatdırmaq vəzifəsini öz çiynimizə götürmüşük. Amalımız Sahibkarlığın inkişaf etdirilməsində dövlət başçımızın qoyduğu bütün tələbləri məsuliyyətlə həyata keçirtməkdir. Bəli bugün isğaldan azad edilmiş torpaqlarımızda artiq quruculuq islərinə start verilmisdir.   Varlığından əsər-əlamət qalmayan şəhər, kənd, qəsəbələrimizin yenidən salınması infrastrukturun  yeraltı və yerüstü kommunikasiya kommunal xətlərin bərbası ilə bağlı çoxsaylı tenderlərin keçirələcəyi şəksizdir. Zamanın tələbinə cavab verən yazılarımızla öz çiynimizə götürdüyümüz işin öhdəsindən bacarıqla gələcəyik. Baş redaktor kimi kollektivimizə inanır, arzu məqsəd və iddialarımızı gərçəkləşməsindən ötrü bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.

Rüstəm Nağıyev

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …