Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Allahşükür Paşazadə üçün özəl gün

Allahşükür Paşazadə üçün özəl gün

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür.
Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəranın Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb.

1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə QafqazMüsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib.

15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.

Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslamUniversitetini təsis edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …