Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Ali məktəblərə qəbul yerləri 50 mindən 80 minə çatdırılmalıdır”

“Ali məktəblərə qəbul yerləri 50 mindən 80 minə çatdırılmalıdır”

Təhsil naziri Emin Əmrullayev deyib ki, bu il 50 minə yaxın abituriyentin tələbə adını qazanacağını gözləyirik. 

Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb. Çoxları düşünür ki, hər il universitet bitirən minlərlə gəncin ixtisasına uyğun iş tapmadığı bir dönəmdə diplomlu “işsizlər ordusu”nun sıralarını genişləndirməyə ehtiyac yoxdur. Hətta ali məktəblərə qəbul yerlərinin yarıbayarı azaldımasını təklif edənlər də var.

Bəs əmək bazarında öz ixtisası üzrə hər bir tələbənin işləməsi üçün əlli min yer çox deyilmi? Təhsil Nazirliyi universiteti bitirmiş hər bir məzunun mək bazarında yer tutmasına zəmanət verirmi?

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi mövzuya münasibət bildirib:

“Fikrimcə, 10 milyon əhalisi olan bir ölkənin hər bir vətəndaşının təhsil almasının vacibliyini nəzərə alsaq, abituriyentlər üçün ayrılan əlli min yerin az olduğunu müşahidə edə bilərik.

Bu rəqəm yetmiş beş, səksən min nəfər olmalıdır. Yəni 25-30 min qəbul yeri artırılmalıdır.

Müvafiq olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamət üzrə bir sıra işlər görülməlidir.

Plan yerləri artırıldıqda hazırda hansı ixtisaslara daha çox tələbat olduğu müəyyən olunmalıdır.

Düzdü, mən bununla razı deyiləm, Azərbaycanda altmış min nəfər müəllim imtahan verdikdə, onun səkkiz mini işə qəbul olunur.

Yəni belə nəticə çıxarmaq lazımdır ki, müəyyən ixtisasları nəzərə alaraq ümumi sayı azaltmaq, digər əsas sayıla bilən ixtisasların sayını çoxaltmaq lazımdır.

Əgər bunlar nəzərə alınarsa gələcəkdə universitet bitirmiş bir çox məzun əmək bazarında özünü doğrulda bilər”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …