Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Al­ma­ni­ya­da it­kin düş­müş 9 min miq­rant uşa­ğı mü­səl­man dün­ya­sı­na qar­şı ye­tiş­di­ri­lir?

Al­ma­ni­ya­da it­kin düş­müş 9 min miq­rant uşa­ğı mü­səl­man dün­ya­sı­na qar­şı ye­tiş­di­ri­lir?

Bu ilin əv­və­lin­dən Al­ma­ni­ya­da 9 mi­nə ya­xın miq­rant uşaq it­kin dü­şüb. Bu ba­rə­də Al­ma­ni­ya­nın “Ne­ue Os­nab­ru­ec­ker Ze­i­tung” qə­ze­ti Fe­de­ral Kri­mi­nal Po­li­sin mə­lu­ma­tı­na əsa­sən xə­bər ya­yıb.
2016-cı ilin yan­var ayın­dan Al­ma­ni­ya­da it­kin dü­şən miq­rantla­rın sa­yı bir ya­rım də­fə ar­ta­raq 8991 nə­fə­rə ça­tıb. Yan­var ayın­da 4749 miq­rant uşaq yo­xa çı­xıb.
İt­kin dü­şən­lər­dən 8046 nə­fə­rin 14-17, 867 nə­fə­rin 13 yaş­dan ki­çik, 78 nə­fə­rin 18 yaş­dan yu­xa­rı yaş qrup­la­rı­na aid ol­du­ğu bil­di­ri­lir.
Kri­mi­nal po­li­sin it­kin dü­şən­lə­rin ha­mı­sı­nın ci­na­yət­kar­la­rın əli­nə keç­di­yi­nə da­ir də­lil­lə­ri yox­dur. Bə­zən bu uşaq­la­rın Al­ma­ni­ya­nın baş­qa şə­hər­lə­rin­də və ya Av­ro­pa öl­kə­lə­rin­də ya­şa­yan qo­hum­la­rı­nın ya­nı­na get­di­yi mə­lum olur.
Gö­rün­dü­yü ki­mi, it­kin dü­şən­lə­rin bö­yük ək­sə­riy­yə­ti miq­rantla­rın pa­yı­na dü­şür. Hə­min uşaq­la­rın bə­zi Qərb öl­kə­lə­ri­nin xü­su­si xid­mət or­qan­la­rı­nın əli­nə keç­mə­si eh­ti­ma­lı­na ne­cə ya­naş­maq olar? Bu ver­si­ya doğ­ru çı­xar­sa, uşaq­lar­dan gə­lə­cək­də han­sı məq­səd­lər üçün is­ti­fa­də olu­na bi­lər?
Təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri üz­rə ekspert Şəm­səd­din Əli­yev “Bakı-xəbər”ə açıq­la­ma­sın­da bil­dir­di ki, bu ha­di­sə­nin məhz Al­ma­ni­ya­da baş ver­mə­si çox ma­raq­lı gö­rü­nür: “Bi­lir­si­niz ki, Av­ro­pa­ya miq­rant axı­nı baş­la­yan za­man bu­na ən açıq for­ma­da eti­ra­zı Al­ma­ni­ya et­di. Al­man mil­lət­çi­lə­ri on­la­rı döy­dü, hət­ta dü­şər­gə­lə­ri­nə be­lə od vu­rub yan­dır­dı. Al­ma­ni­ya hö­ku­mə­ti bu­nun mə­su­liy­yə­tin­dən ya­yı­na bi­lir­di. De­yir­di­lər ki, ha­di­sə­lə­ri tö­rə­dən­lə­rin hö­ku­mət­lə heç bir əla­qə­si yox­dur. Son­ra­dan al­man si­ya­sət­çi­lər miq­rantlar­la bağ­lı sərt fi­kir­lər iş­lət­mə­yə baş­la­dı. Miq­rant uşaq­la­rı­nın ba­şı­na gə­lən­lə­rə müx­tə­lif ra­kurslar­dan ya­naş­maq olar. Hə­min uşaq­lar mü­tə­şək­kil ci­na­yət­kar qrup­la­rın əli­nə ke­çə bi­lər. On­lar­dan müx­tə­lif məq­səd­lər üçün is­ti­fa­də olu­na bi­lər: nar­ko­ti­ca­rət­dən tut­muş, or­qan al­ve­ri­nə ki­mi. An­caq bu ver­si­ya bir çox hal­lar­da Al­ma­ni­ya­nın öz po­li­si tə­rə­fin­dən in­kar edi­lir. Xü­su­si xid­mət or­qan­la­rı­nın uşaq­la­rı gö­tür­mə­si ver­si­ya­sı­nı inan­dı­rı­cı sa­yı­ram. Bur­da iki məq­səd gü­dü­lə bi­lər: miq­rantlar ara­sın­da xof ya­rat­maq və gə­lə­cək­də bu uşaq­lar­dan öz döv­lə­ti ma­raq­la­rı üçün is­ti­fa­də et­mək. Miq­rantla­rın za­hi­ri gör­kə­mi on­lar­dan müx­tə­lif əmə­liy­yat­lar­da is­ti­fa­də üçün tam im­kan ve­rə­cək”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …

Bir cavab yazın