Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

“Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb”.

Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: “Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq”.

Komissiya üzvü qeyd edib ki, artıq sənədlər toplanıb: “Həmin sənədlər Prezidentə təqdim olunacaq. Çox güman ki, bu günlərdə yəni, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində əfv sərəncamının imzalanmasının şahidi olacağıq. Düşünürəm ki, bu müstəqillik illərində ən çox məhkuma şamil olunan əfv sərəncamı olacaq və xeyli insanı sevindirəcək”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …