Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda erməni hərbi qulluqçusu məhv edildi

Qarabağda erməni hərbi qulluqçusu məhv edildi

İşğal altında olan Qarabağda erməni hərbçisi ölüb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 07:30 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir gün əvvəl erməni ordusunun snayperinin açdığı atəşlə Azərbaycan Ordusunun mayoru, batalyon komandiri Aqil Ömərov öldürülmüşdü.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …