Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?

Nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb.

ANAMA-dan verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Beləliklə, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …