Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Zakir Nəsirov azadlığa çıxdı

Zakir Nəsirov azadlığa çıxdı

Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb. Virtuaalaz.org xəbər verir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.

Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.

General-mayor Zakir Nəsirov “Qara kəmər” əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın