Ana səhifə / Cəmiyyət / Yol Polisindən Ramil Usubova şikayət var – VİDEO

Yol Polisindən Ramil Usubova şikayət var – VİDEO

Dövlət Yol Polisi ilə bağlı vətəndaşların şikayətləri səngimir. Təəssüf ki, yol polisinin fəaliyyətində rüşvət və korrupsiya halları gündəlik normaya çevrlib.
Rahin Əmirşahov adlı vətəndaşa qarşı Bakı Şəhər Yol Polisi İdarəsinin işçiləri tərəfindən edilən qanunsuz hərəkətlər barədə yazmışdıq. Həmin yazıdan sonra vətəndaşa yol polisi tərəfindən müxtəlif səpkili zənglər olub. Əvvəlcə xahiş edərək cənab generala ünvanladığı şikyətini geri çəkməyi deyiblər. Sonra Rahim Əmirşahov DYP-yə dəvət olunub və ona başqa təklif edilib. Rahim Əmirşahov deyir ki, tanımadığı yol polisi zabiti ona ” izahatını dəyiş, yaz ki, Abşeron rayonu, Xırdalan şəhərində yox ,Biləcəridə parkın yanında avtomobilin tutulub yaz. Belə yaz avtomobilini qaytaraq, elə bil heç bir şey olmayıb.” deyib.
Təbii ki, vətəndaş bu təkliflə razılaşmayıb, bunun özünə qarşı təxribat olduğunu bildrib.
Məsələ ilə Şəhər Yol Polisinin, 485 yol patrul xidmətinin 5-ci taqımına məxsus olması və taqım komandiri Məmmədəli müəllimin məsələyə münasibət bildirməməsi təsdiq edir ki,vətəndaş şikayətində tam haqlıdır.

******
Reportyor.tv-yə edilən növbəti şikayətlərdən biri Bakı Şəhər Yol Polisi İdarəsi əməkdaşlarının qanunsuzuqları ilə bağlıdır.
Abşeron rayonu, Xırdalan şəhəri,26-cı məhəllə, ev 5,mənzil 23-də yaşayan Əmirşahov Rahim Ələmşah oğlu bildirir ki, may ayının 13-də, gecə saat 02 radələridə  Xırdalanda yerləşən “Heydər Əliyev” parkının yaxınlığında tanışı olan mühafizə polisinin əməkdaşı ilə söhbət edirmiş.
Bundan bir qədər əvvəl Rahim az miqdarda pivə içibmiş. Həmin vaxt Rahimgilə Çevik Polis Alyının serjantları yaxınlaşır. Və söhbət əsnasında ona hədə-qorxu gəlirlər ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək olmaz. Halbuki həmin vaxt Rahim sükan arxasında olmayıb. Avtomobil xeyli aralıda olub.
Sejantlardan Nurlan adlı şəxs Rahimə “sənin dizlərini yerə atacam” deyərək yol polisinə zəng edir. Təxminən yarım saat sonra hadisə yerinə Bakı Dovlət Yol Polisinə aid 485 nömrəli maşın gəlir.
Avtomoilin açarları Rahimdən alınır. DYP işçisi Çevik Polis Alayının serjantı Nurlana 50 manat pul verir. Yaqin ki , bu “müştəri haqqı olur.” Sonra DYP avtomobili Rahimi Nizami metrosu ətrafındakı həkim məntəqəsinə gətirir. Müayinədən keçmədiyi halda protokola sərxoş yazılır və Rahimə imzaladırlar.
Avtomobil isə cərimə meydaçasına aparılır.
Məsələ ilə bağlı suallar çoxdur. Əgər Rahim həqiqətən yol qaydasın pozubsa Abşeron Yol Polisi olduğu halda əraziyə niyə Bakı Şəhər Yol Polisi avtomobili gəlir?
Hər halda, vətəndaş şikayətini daxili işlər nazri cənab Ramil Usubova ünvanlayıb.
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

 

https://www.youtube.com/watch?v=cmiV2UfDnwk

 

Həmçinin oxuyun

Tibb təhsili üzrə nə qədər pulsuz yer var? – ŞƏRH

IV qrupda “Müalicə İşi” ixtisası üzrə 550 Dövlət Sifarişli plan yeri ayrılıb.Bunu təhsil üzrə ekspert …

Bir cavab yazın