Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Xədicə İsmayıldan Əhməd Şahidova sərt sözlər – VİDEO

Xədicə İsmayıldan Əhməd Şahidova sərt sözlər – VİDEO

Azinforum.az xəbər verir ki, hüquq müdafiəçisi Əhməd Şahidov jurnalist Xədicə İsmayılın bir müddət əvvəl onun barəsində işlətdiyi sərt ifadələrə bu gün reaksiya verib. Qeyd edək ki, Xədicə İsmayıl jurnalist Əvəz Zeynallının müəllifi olduğu ” Qaynar Qazan” a müsahibəsində Əhməd Şahidovun hakimiyyətdən aldığı pullar müqabilibdə hüquq müdafiəçiliyilə məşğul olduğunu bildirib. Xədicə İsmayıl 2 il əvvəl onunla Əhməd Şahidov arasında xarici ölkələrdən birində yaşanan insidentin törənmə səbəbinə də, aydınlıq gətirib. Əhməd Şahidov Xədicənin dediklərinə gec reaksiya verməsini müsahibə ilə bu gün tanış olması səbəbi ilə izah edib. Azinforum.az Əhməd Şahidovun reaksiyasını təqdim edir: Jurnalist Xədicə İsmayılovanın Xural.com saytına bu müsahibəsini bugün gördüm. Mənimlə bağlı danışıb və 2014-cü il ATƏT-in Varşava şəhərində keçirilən konfransla bağlı suala cavab verib. Əvvəla qeyd edim ki, Xədicə İsmayılova bu videoda ağ yalan danışır və özünün anti-milli davranışını pərdələməyə çalışır. O ki, qaldı mənim fəaliyyətimə, bildirmək istəyirəm ki, mən Xədicə İsmayılovadan fərqli olaraq, heç kimdən pul almıram.
Yaxşı olar ki, mənim barəmdə hədyanlar yağdırmaqdansa, özünün dollarla aldığı pullar barədə ictimaiyyətə açıqlama versin”.

Vidadi
Azinforum.az

Həmçinin oxuyun

Ordumuzun Qarabağda zəfər yürüşü Bakıda bayraq və xəritə ajiotajı yaradıb

İşğal altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun Qarabağda apardığı uğurlu döyüş əməliyyatları onillərdir itirilmiş …

Bir cavab yazın