Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Naxçıvanda iftar süfrəsi açdırdı – FOTO

Vasif Talıbov Naxçıvanda iftar süfrəsi açdırdı – FOTO

Muxtar respublikada İslam dəyərlərinə hörmət və ehtiramla yanaşılır. Bu gün Naxçıvanda tarixi-dini abidələr, ziyarətgahlar əsaslı şəkildə yenidən qurulur, xalqımızın əsrlər boyu formalaşan dini-mənəvi dəyərlərinə bağlılıq nümayiş etdirilir. Cəmiyyətdə humanizmin və həmrəyliyin təntənəsinə çevrilən Ramazan ayı da hər il insanlar tərəfindən mərhəmət duyğuları ilə qarşılanır, oruc tutulur, iftar süfrələri açılır.

Azinforum.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən bildirir ki, iyulun 9-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək deyib: Ramazan xeyirxah niyyətlər, mənəvi kamillik və saflıq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in tamamlandığı, dünya müsəlmanlarının həmrəylik və qardaşlıq ayı olan Ramazanın fəzilətləri çoxdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.

İslami dəyərləri yaşadan digər müsəlman xalqlar kimi, Azərbaycan xalqı da tarixin bütün dövrlərində öz milli və dini dəyərlərinə sadiq qalmış, adət-ənənələrini yaşatmışdır. Bu gün də dini dəyərlərimiz qorunur və yaşadılır. Ramazan ayı hər il ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və sabitlik şəraitində qarşılanır.

Ali Məclisin sədri müqəddəs Ramazan ayında məqsəd və niyyətlərin həyata keçməsini arzulayıb, muxtar respublikanın bütün əhalisini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar səslənib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji mərkəzində, Naxçıvan qarnizonunun Hərbi hospitalında müalicə alan xəstələr və gecə növbəsində çalışan işçilər üçün də iftar süfrələri açılıb.

Həmçinin oxuyun

Azərbaycandakı milyarder və milyonçular…

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. …

Bir cavab yazın