Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvanda  DTX-nın  inzibati binası və təlim mərkəzi istifadəyə verilib – FOTO

Naxçıvanda  DTX-nın  inzibati binası və təlim mərkəzi istifadəyə verilib – FOTO

Ötən gün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib. Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.

İnzibati binaya baxış zamanı qeyd olunub ki, iki mərtəbədən ibarət olan binada xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, iş otaqları müvafiq avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Təlim mərkəzində lazımi idman avadanlıqları və dəstləri ilə təmin olunmuş 2 idman zalı və yardımçı otaqlar istifadəyə verilib. Həyətdə də abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.

 

Azinforum.az

 

Həmçinin oxuyun

Narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və …

Bir cavab yazın