Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Cəmiyyət / “McDonalds Azərbaycan”ın rəhbəri məhkəmə qərarına ETİRAZ etdi

“McDonalds Azərbaycan”ın rəhbəri məhkəmə qərarına ETİRAZ etdi

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun həbs edilən oğlu İlham Əsgərli barəsində yeni xəbər var. Belə ki, bir müddət öncə ağır yol qəzasının törədilməsində və bir nəfərin ölümündə təqsirləndirilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Əsəgərlinin cəzası yüngülləşdirlib.

Xatırladaq ki, ötən ilin sentyabrın 27-də Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib.
Bu il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

Lakin üç gün öncə- iyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib. Beləliklə də icra başçısının oğlunun cəzası yüngülləşdirilib.

“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva  məhkəmə qərarına münasibət bildirib:
“İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə məhkəmə prosesi oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik elədi. Məhz İlham Əsgərli barəsində təyin olunan 5 il 6 ay cəzasını 3 ilə salındı. Biz hesab edirik ki, bu qanunsuz və ədalətsiz bir qərardır. Məhkəmə üçün heç də hamı qanun qarşısında bərabər olmadı. Digər təqsirləndirilən Əhliman Süleymanovun təqsiri İlham Əsgərlinin təqsirindən yüngül idi. Baxmayaraq ki, Əhliman Süleymanova 6 il iş kəsilib. İlham Əsgərli haqda verilən ittiham isə ağır cinayətlərə aid idi. 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulduğu halda məhkəmə onun cəzasını 3 ilə endirdi. Bu da onu göstərir ki, hamı qanun qarşısında bərabər deyil. Məhkəmə İlham Əsgərli haqda verdiyi qərarla hamının qanun qarşısındakı bərabərlik prinsipini pozdu.

Biz bu qərardan kassasiya şikayəti verəcəyik. Hansı addımlar atmaq lazımdırsa, onu edəcəyik. Çünki bu çox qanunsuz və ədalətsiz bir qərardır”.

Həmçinin oxuyun

Azərbaycanda helikopterlə dəvətnamə payladılar – VİDEO

Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb. Şəhərin əsas mərkəzi hisslərində bir neçə …

Bir cavab yazın