Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / “Buna son qoyulmalıdır!” – Əli Həsənov

“Buna son qoyulmalıdır!” – Əli Həsənov

“İndi qarşıda duran başlıca vəzifə daxili resursları işə salmaqdır. Quba kimi işgüzar əhalisi, münbit torpağı, müasir infrastrukturu, abad yolları olan, dənizə yaxın məsafədə yerləşən bir rayon nə üçün dövlətin dotasiyası hesabına yaşamalıdır? Xaçmaz kimi böyük bir rayon nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Söhbət təkcə Quba, Xaçmazdan getmir. İndi mən bu bölgədə olduğum üçün bu rayonların adlarını çəkirəm”.

Azinforum. az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.O deyib ki, bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır: “Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır. Hər rayonun potensialı nəzərə alınmalıdır. Quba rayonunun ümumi iqtisadi potensialının cəmi 50 faizi işə salınsa, bu rayonda bir dənə də olsun işsiz qalmaz. Rayonda təkcə bağçılıq məhsulları, meyvə-tərəvəz normal tədarük olunsa, yerində istehsala cəlb edilsə, son məhsul xarici bazarlara çıxarılsa, nəinki Quba özünün bütün maliyyə ehtiyaclarını təmin edə bilər, hətta gələcək nəsillər üçün milyonlarla manat vəsait ehtiyatı yarada bilər. Bunun üçün yerli hakimiyyət orqanları ictimaiyyətdən, iş adamlarından gələn təşəbbüsləri dəyərləndirməlidir. Bu təşəbbüslərin hansını yerlərdə icra etmək mümkündürsə, icra olunmalıdır, hansına kənardan dəstək göstərilməlidir, mərkəzə təkliflər verilməlidir.

Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcəkdir?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən, o cümlədən kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara – yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.

Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir”.

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …

Bir cavab yazın