Şənbə , İyul 20 2019
Ana səhifə / Cəmiyyət / AZƏRBAYCANI “İŞĞAL EDƏN” ƏRƏB TURİSTLƏRİ VƏ MİLLİ ŞOKOLADLARIMIZ

AZƏRBAYCANI “İŞĞAL EDƏN” ƏRƏB TURİSTLƏRİ VƏ MİLLİ ŞOKOLADLARIMIZ

Neçə illərdi ki, Dövlət tərəfindən Azərbaycanın turizm potensialına külli miqdarda pul qoyulur. Xidmət sektorunda olan bəzi nöqsanlar və bahalıq da aradan qaldırılsa, biz burada turist əlindən tərpənə bilmərik.
Bunun üçün ölkəmizin bütün potensialı var: meşə, dağ, dəniz və s. Ancaq düzünü deyim ki, illər ərzində mən bu sektorla bağlı verilən statistik məlumatlara bir qədər şübhəli baxırdım. Çünki canlı olaraq deyilənlərin əksinin təsvir olunduğu mənzərəni görürdüm.
Bahalı, 5 ulduz otellərdə təşkil olunan tədbirlər zamanı oralardakı seyrəklik ölkəmizin turist sarıdan əziyyət çəkdiyi daha açıq şəkildə nəzərə çarpırırdı. Bir neçə gündür ki, şəhərin müxtəlif yerlərində gördüyüm mənzərə isə tam əksini söyləməyə əsas verir. Şəhərimizdəki bahalı otellər, alış-veriş mərkəzləri, əyalət rayonlarımızdakı istirahət məkanlarında çadralı və saqqallı ərəblər əlindən tərpənmək olmur.

Çox sevindiricidir və artıq görürəm ki, bu göstərici yalnız rəqəmlərdə deyil, real mənzərədə özünü ifadə edir. Anoloji vəziyyəti mən mart ayında iranlı turistlərlə bağlı müşayidə etmişdim. Ərəblərin bu şəkildə ölkəmizə axını Türkiyədəki gərginliklə izah olunur. Onların bir neçəsilə söhbət etmişəm. Burda özlərini olduqca rahat hiss etdiklərini deyillər. Biz ölkə olaraq, yaranmış fürsətdən istifadə etməliyik. Çünki hiss olunur ki, ölkəmizə təşrif buyuran ailələr çox imkanlıdırlar və onların arasında çoxlu sayda iş adamının olmasına  şübhə etmirəm. Biz onların təsəvvürü və marağı üçün elə davranış nümayiş etdirməliyik ki, buralara bir də gəlsinlər. Hətta bu yolla ölkəmizə külli miqdarda ərəb kapitalı da cəlb edə bilərik.
Mən gələcəklə bağlı bir proqnoz vermək istəyirəm. Xüsusilə də övladlarının gələcəyini yaxşı təmin etmək istəyən valideynlərə tövsiyyəm budur ki, çalışsınlar övladlarına xarici dil kimi ərəbi öyrətsinlər. 90-cı illərdə ingilis dilinə necə tələbat vardısa, bir neçə ildən sonra ərəb dilini bilən mütəxəsislərə ondan da artıq ehtiyac yaranacaq. Bilirsiniz ki, artıq ingilis dilini bilmək prestij yox, vacib zərurət hesab edilir. Ərəb turistlərlə bağlı diqqətimi çəkən digər vacib bir məqam isə, onların marketlərdə daha çox şkolad almaları oldu. Xüsusilə də bizim yerli istehsal olan şirniyyat və şkolad növlərinə böyük üstünlük vermələrinin səbəbini hələ də anlamıram.

Çünki həddən artıq çox alırdılar. Həmin sahənin mütəxəsisi olan bir nəfər yaxın dostumuz mənə bildirdi ki, bunun əsas səbəbi bizim yerli istehsal olan şirniyyatlarımızın üzərində beynəlxalq dərəcəli halal sertifikatının olmasıdır. Çox güman ki, bu amil  dindar olan ərəbləri yerli şirniyyatlarımıza üstünlük verməyə sövq etdirir.  Bütün bu halların ölkə iqtisadiyyatı üçün böyük xeyiri var. Bu səbəbdən də, çalışmalıyıq ki,  yüksək mədəniyyətimiz və münasib qiymətlərimizlə ölkəyə daha çox turist cəlb edək. Bununla  iqtisadiyyatımız daha da inkişaf etmiş olacaq.

MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın