Cümə axşamı , May 2 2024
Ana səhifə / Bölgələr / Şəmkir İcra Başçısının Maşını Yaşıllıqları Məhv Edir – FOTO

Şəmkir İcra Başçısının Maşını Yaşıllıqları Məhv Edir – FOTO

Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.

Foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.

Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.

Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.

Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.(oxu.az)

Həmçinin oxuyun

Göyçay sakini: “Obyektimi sənədləşdirmək bir dirəyə dirənib”

Vətəndaş obyektinə “Çıxarış” ala bilmədiyini deyir “Bu 10 min voltluq işıq dirəyi yolun qarşı tərəfindəydi. …