Bazar ertəsi , May 13 2024
Ana səhifə / Bölgələr / Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq – VİDEO

Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq – VİDEO

Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq.

İşğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır.

Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq sayına uyğun verilməsi qaydasına da təsir göstərə bilərmi?

Milli Məclisin deputatı Zahid Oruc deyir ki, 936 yaşayış yerinin hamısının bərpa olunması 100 milyardlarla manat vəsait demək olardı: “Axı ölkəmizin işğala məruz qalmamış bölgələrinin də məktəb, fabrik, zavod və sairin açılması ehtiyacları var. Otaq sayında xüsusi azalmanın olacağını düşünmürəm”.

Daha ətraflı İTV-nin süjetində:

Həmçinin oxuyun

Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki …