Ana səhifə / Dünya / Hücum edəni zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

Hücum edəni zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

Moskvada, “Crocus City Hall”da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb.

O, hadisə vaxtı “Crocus City Hall”da arvadı ilə birgə olub.

“Mən arvadıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı”, – deyə hadisənin şahidi nəql edib.

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub:

“Arvadımı itələdim və terrorçuya yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik”.

Oxu.az

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …