Cümə axşamı , May 2 2024
Ana səhifə / Bölgələr / Qarabağda qaza illik tələbatın həcmi açıqlandı

Qarabağda qaza illik tələbatın həcmi açıqlandı

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetr civarında olacağı proqnozlaşdırılır.
Energetika Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılmış və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilib. Belə ki, Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azad Qaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır.

Məlumata görə, bu qaz kəmərləri bölgədəki yeni sosial-iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtlərdəndir. Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsinin müəyyən çətinlik yaradacağı şəksizdir.

“Lakin “Azəriqaz” İB son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını təmin edə bilir. Hesablamalara görə azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetrədək olacağı proqnozlaşdırılıb”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Göyçay sakini: “Obyektimi sənədləşdirmək bir dirəyə dirənib”

Vətəndaş obyektinə “Çıxarış” ala bilmədiyini deyir “Bu 10 min voltluq işıq dirəyi yolun qarşı tərəfindəydi. …