Bazar ertəsi , May 6 2024
Ana səhifə / Bölgələr / Göyçayın 3 kəndində 100 hektara yaxın otlaq və taxıl sahələri yanır (FOTOLAR)

Göyçayın 3 kəndində 100 hektara yaxın otlaq və taxıl sahələri yanır (FOTOLAR)

Göyçay rayonunda biçilmiş və otlaq sahələrinə od düşüb. 

Hadisə rayonun Bığır, Qarayazı və Alxasava kənd ərazisində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay, Ucar, Ağsu və İsmayıllı rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb. Mingəçevirdən Bakıya çəkilmiş magistral elektrik xətləri yanğından xüsusi olaraqmühafizə edilir. Göyçay Dövlət Yanğından Mhafizə Hissəsindən “Report”a bildirilib ki, alovun yayıldığı ərazi 100 hektara yaxındır.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …