Ana səhifə / Bölgələr / Elat Kəlbəcərə köçdü – VİDEO

Elat Kəlbəcərə köçdü – VİDEO

Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Bərzani Əsgərov sosial şəbəkələrdə Kəlbəcərə qayıdışı əks etdirən foto paylaşıb.

Hər kəsin marağına səbəb olan məlumatda elatın Kəlbəcərə qayıtdığı qeyd edilib.

Belə ki, artıq Kəlbəcərin əksər yaylaq bölgələrinə elat köç edib. Kəlbəcər yaylaqlarında azərbaycanlı tərəkəmələr – heyvandarlar mal-qara otarırlar.

Qeyd edək ki, sonuncu dəfə elat 1992-ci ilin payızında Kəlbəcər yaylaqlarından çıxmışdı. Növbəti ilin aprelində, mövsümə 1-2 ay qalmış ermənilər Kəlbəcəri işğal etmişdi.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …