Ana səhifə / Bölgələr / Bölgələrdə müşahidə olunan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bölgələrdə müşahidə olunan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən daxil olan müraciətdə deyilir:

“Hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağmurlu hava şəraitinin iyulun 5-i gündüz saatlarında da davam edəcəyi, arabir intensiv xarakterli olacağı gözlənilir.

Qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edilməsi tövsiyə olunur”.

Həmçinin oxuyun

Naxçıvanda iki gənc göldə boğularaq ölüb – Fotolar

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. NUHÇIXAN xəbər verir ki, …