Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir”.

Bu barədə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında bildirilib.

Qeyd edilib ki, Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …