Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Salyanda Kür çayında axtarılan 4 uşaq anası: “Məni axtarmayın, Bakıdayam”

Salyanda Kür çayında axtarılan 4 uşaq anası: “Məni axtarmayın, Bakıdayam”

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. “Məni axtarmayın, Bakıdayam”, – qadın deyib.

Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …