Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Restoranda qadın məsləhətxanası fəaliyyət göstərir – Cəlilabadda biabırçılıq

Restoranda qadın məsləhətxanası fəaliyyət göstərir – Cəlilabadda biabırçılıq

Cəlilabad şəhərinin mərkəzində, “Azərbaycan” küçəsində fəaliyyət göstərən “Palma” restoranı qadın məsləhətxanası kimi istifadə olunur.

Bununla bağlı Cəlilabad şəhər sakinləri ərazidən çəkilmiş fotolar göndəriblər.

Sakinlərin sözlərinə görə, Cəlilabad rayonunda 2 böyük tibb müəssisəsi – rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərsə də, ancaq hamilə və doğumla bağlı həkim məsləhəti restoranda aparılır.

Sakinlər bu cür qanunsuz əməllərin arxasında Cəlilabad Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin dayandığını iddia edirlər.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticə verməyib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …