Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda tanınmış professor koronavirusun qurbanı oldu

Naxçıvanda tanınmış professor koronavirusun qurbanı oldu

Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli koronavirusdan vəfat edib.
H.Həşimli dünən gəcə həyata gözlərini yumub. Dəqiqləşdirə bilmədiyimiz digər məlumata görə, professorun bir yaxını (qardaşı olduğu iddia edilir) da virusun qurbanı olub.
Xatırladaq ki, H.Həşimli həm də AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi.
“BakuPost”a daxil olan digər məlumata görə, hazırda Naxçıvanda vəziyyət ağırdır. Xüsusilə də Naxçıvan şəhəri, Culfa rayonu və rayona yaxın kəndlərdə koronavirusa yoluxma halı sürətlə yayılır.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …