Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb

Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikada əhali arasında pandemiyaya qarşı peyvəndləmə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin avtobus və taksi sürücüləri də “Sinovac” vaksininə cəlb ediliblər.

Bu məqsədlə akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Müayinədən keçirilən sürücülərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmənin birinci günü ərzində xüsusi işçi qrupu tərəfindən 116 sürücü “Sinovac” vaksininə cəlb edilib. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Vaksinasiyanın ikinci günü ərzində isə günorta saatlarınadək 88 nəfər ilk doza alıb. Peyvəndləmə mayın 20-də də davam etdiriləcək.

Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçirilir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …