Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda bir qrup şəxs DTX-ya müraciət etdi

Naxçıvanda bir qrup şəxs DTX-ya müraciət etdi

Naxçıvan şəhər 10 saylı uşaq bağçasının bir qrup tərbiyəçisi ictimaiyyətə və DTX-ya müraciət edib. 

“Gündəlik Naxçıvan” vasitəsi ilə yaydıqları müraciətdə bildirilir ki, maaşları hər ay müdiriyyət tərəfindən mənimsənilir. Tərbiyəçilər, həm də dərəcələrinin aşağı salınmasından şikayətçidirlər. 

“Biz uzun illərdir ki, bağçada tərbiyəçi işləyirik. Aramızda 15-20, 30 il bağçada tərbiyəçi işləyənlər var. Onların hamısı universitet bitirmiş ali təhsilli riyaziyyat, dil və ədəbiyyat, tarix, filologiya müəllimləridir. 

Üç aydır bizə ixtisasca bağça müəlliməsi olmadığımızın bildirərək dərəcəmizi 14-dən 10-a salıblar. Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar. Dəfələrlə müdiriyyətə və aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə olmayıb. Bağça müdirəsi deyir ki, “hara istəyirsiniz şikayət edin”. Bu səbəbdən DTX-dən xahiş edirik ki, problem araşdırılsın”. 

Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, 10 saylı bağça müdirəsi musiqi məktəbini qurtarıb: “Necə olur ki, musiqi məktəbini bitirən birinə bağçaya rəhbərlik etmək tapşırılır, amma ali təhsilli müəllimlər bağçada işləyə bilmir?”.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …