Cümə axşamı , May 2 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda ədliyyə nazirinin keçmiş müavini məhkəmə qarşısına çıxarılıb

Naxçıvanda ədliyyə nazirinin keçmiş müavini məhkəmə qarşısına çıxarılıb

O, mənimsəmə və rüşvət almada ittiham olunur

Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmətin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov məhkəmə qarşısına çıxarılıb.

Noyabrın 23-də Muxtar Respublikanın Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Tofiq Həsənovun işinə Hüseyn Məmmədovun sədrliyilə, Səxavət Hüseynov və İlham İbrahimovdan ibarət hakimlər kollegiyası baxır.

Hazırlıq iclasında təqsirləndirilən generalın anket məlumatları dəqiqləşdirilib.

Tofiq Həsənov haqqında cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə prosesi dekabrın 4-nə təyin olunub.

Tofiq Həsənov. Foto: Azərtac

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2023-cü ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifəli şəxslərin həbsilə nəticələnən əməliyyatlar keçirib.

Həbs edilənlərdən biri də Penitensiar Xidmətin rəisi olub.

Tofiq Həsənova qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Ona ittiham verilən maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu.

O, eyni zamanda, Naxçıvan MR ədliyyə nazirinin müavini idi.

O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı – Video

Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb. Baku TV-nin məlumatına görə 16 gündür …