Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Lənkəran həftəsonu qadağasından sonra — VİDEO

Lənkəran həftəsonu qadağasından sonra — VİDEO

Şənbə və bazar günləri evdən çıxma ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın qadağa qərarı Lənkəranda da aradan qaldırılıb. 


Baku TV xəbər verir ki, bu gündən nəqliyyatın hərəkəti, marketlər, ticarət mərkəzləri, apteklərin fəaliyyəti bərpa edilib. 


Lənkəran sakinləri artıq normal həyat tərzinə geri dönüblər.


Xüsusi karantin rejimi yumşaldılsa da, vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunur. Həftəsonu sərt karantin rejiminin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunublar.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …