Ana səhifə / Bölgələr / ingəçevirdə 20 nömrəli bağçada uşaqlar buz kimi otaqda saxlanılır?

ingəçevirdə 20 nömrəli bağçada uşaqlar buz kimi otaqda saxlanılır?

Mingəçevirdə uşaq bağçası baxımsız vəziyyətdədir. 

Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, söhbət Mingəçevir şəhərində yerləşən 20 saylı uşaq bağçasından gedir. Lentə alınan görüntülərdə bağçanın baxımsız olduğu, uçuq-sökük divarlar, yararsız pəncərələrin olduğu görünür. 

Daha da dəhşətlisi bağçada istilik sistemi yoxdur və elektrik də tez-tez kəsilir. Soyuq otaqlarda qalan uşaqlar da, təbii olaraq, tez-tez xəstələnirlər. Son günlər qızılca xəstəliyinin sürətlə yayıldığı bir dönəmdə uşaq bağçasının bu qədər bərbad vəziyyətdə fəaliyyətini davam etdirməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün öncə sosial media hesablarında Mingəçevir şəhər 20 nömrəli körpələr evi-uşaq bağçasında istilik sisteminin olmaması ilə bağlı yayılan görüntülər 2022-ci ilin dekabr ayında çəkilib:

“Belə ki, həmin dövrdə müəssisədə elektrik sistemində problem baş vermişdi. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinin və Mingəçevir şəhəri üzrə təhsil sektorunun əməkdaşları tərəfindən müəssisəyə baxış keçirilmiş, proses rəsmiləşdirilərək elektrik naqillərinin yüklənilməsini aradan qaldırmaq məqsədilə bağçada sayğac dəyişdirilib, nasazlıq aradan qaldırılıb. 

Qeyd edək ki, Mingəçevir şəhər 20 nömrəli körpələr evi-uşaq bağçası hazırda elektrik qızdırıcıları vasitəsilə qızdırılır. Gələcəkdə sözügedən bağçanın istilik sisteminin yenilənməsi və maddi-texniki bazasının əsaslı təmir olunması nəzərdə tutulur. Əlavə olaraq qeyd edirik ki, təhsil müəssisələrində istilik sistemi və mövcud nasazlıqlarla bağlı problem olduğu halda vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzi ilə (“146-0-3”) əlaqə saxlaya bilərlər”. Oxu.Az

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …