Cümə axşamı , May 9 2024
Ana səhifə / Bölgələr / İcra hakimiyyətinin yeni binası üçün 380 minlik müqavilə

İcra hakimiyyətinin yeni binası üçün 380 minlik müqavilə

Şəki Şəhər İcra Hakimiyyəti “Palnet Construction” MMC ilə iki satınalma müqaviləsi imzalayacaq. 
Qaynarinfo xəbər verir ki, şirkət icra hakimiyyəti üçün yeni tikilən inzibati binada görüləcək tərtibat işləri ilə ofis mebelləri və inventarların satın alınması ilə bağlı keçirilən müsabiqələrin qalibi seçilib. 
Tərtibat işləri icra hakimiyyətinə 44 817,34 AZN-ə, ofis və inventarlar satın alınması isə 156 957,48 AZN-ə başa gələcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Planet Construction” MMC 5 aprel 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, ev 4, mənzil 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur. 
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heş bir məlumata rast gəlinmir. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. 
“Planet Construction” MMC bundan əvvəl də Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası üçün 1000 kVA gücündə dizel generatoru və avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 186 179,99 AZN-dir. 
Beləliklə, məlum olur ki, Şəki İcra Hakimiyyətinin yeni inzibati binasına daha 387 954, 81 AZN xərclənəcək.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, 2011-ci ildən Şəkiyə rəhbərlik edir. 

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …