Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / Ermənistan Azərbaycana qarşı iddia qaldırdı

Ermənistan Azərbaycana qarşı iddia qaldırdı

Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Bu barədə məhkəmənin məlumatında deyilir.

Bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib. Ermənistan məhkəməni Azərbaycanın “birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır. Axar.az

Həmçinin oxuyun

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətini daşıyan helikopterin qəza enişi …