Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / İcra başçısı ittihamlara cavab verdi: “50 hektar sahəni icarəyə verib…”

İcra başçısı ittihamlara cavab verdi: “50 hektar sahəni icarəyə verib…”

Tərtər rayon İcra Hakimiyyəti rayon sakini Nazdı Mehdiyevanın icra başçısı haqda səsləndirdiyi ittihamlara cavab verib. Bildirək ki, adıçəkilən sakin Meydan TV-yə müsahibəsində rayon rəhbərliyinə qarşı bir sıra ittihamlar səsləndirib və bu açıqlama bir sıra saytlarda işıqlandırılıb.

Məsələ ilə bağlı Tərtər RH-dən “Yeni Sabah”a verilən məlumatda bildirlir ki, Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızına Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə Çaylı kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən heyvandarlığın inkişafı ilə bağlı 215 hektar, kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün 50 hektar olmaqla 265 hektar torpaq icarəyə verilib. 

Lakin Nazdı Mehdiyeva onun icarəsinə verilmiş 215 hektar örüş sahəsindən və 50 hektar əkin sahəsindən təyinatı üzrə istifadə etməyib, icarəyə götürdüyü torpaq sahəsini ayrı-ayrı vətəndaşlara icarəyə verərək gəlir mənbəyi kimi istifadə edib, ancaq dövlət rüsumunu ödəməyib.

“İcarəyə verilmiş torpağı təyinatı üzrə istifadə etməyərək, ayrı-ayrı vətəndaşlara icarəyə verdiyini və rayon sakinlərinin örüş-otlaq sahəsinə olan ehtiyaclarını nəzərə alaraq 30 iyun 2016-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 69 saylı sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilib.

Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın III bölməsinin 13 maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış, otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə, bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı ilə xitam verildiyi vətəndaşa izah olunub.

Məlumat üçün bildiririk ki, 2019-cu il tarixində Hacıqərvənd kənd İƏD nümayəndəliyinin 4 nömrəli Təsərrüfatbaşına uçot kitabında 15-ci səhifədə Mehdiyeva Nazdı Qəmbər qızının adına heç bir iri və xırda buynuzlu heyvan yoxdur.

2020-ci ilin Təsərrüfatbaşına uçot kitabında isə Mehdiyeva Nazdı Qəmbər qızının adına 104 baş xırdabuynuzlu heyvan vardır. 

Əlavə olaraq bildiririk ki, Çaylı kəndi təmas xəttinə yaxın yerləşir, Azərbaycan Respublikası Müdafiə  Nazirliyinin “N” saylı Hərbi Hissəsinin rəhbərliyi  tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri yerli İcra hakimiyyəti nümayəndəliyi və bələdiyyə tərəfindən müvəqqəti istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin dayandırılması və bağlanılması, eləcə də hərbi hissə şəhərciklərinə və nəzarət buraxılış məntəqələrinə yaxın yerlərdə (giriş və çıxışlarda) taksi kimi fəaliyyət göstərən mülki şəxslərin uzaqlaşdırılması üçün birləşmə və hərbi hissə komandanlıqlarına köməklik göstərilməsi xahiş edilib. Mehdiyeva Nazdı Qəmbər qızının istifadəsində olan torpaq sahəsi də həmin kateqoriyadandır.    

Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyəti başçısı, onun müavinləri, Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş, ona müraciəti ilə bağlı qanunamüvafiq izahat verilib. 

Mehdiyeva Nazdı Qəmbər qızının israrlı müraciətini nəzərə alaraq ona Çaylı kəndi ərazisindən heyvandarlğın inkişafı üçün 90 hektar icarəyə torpaq verilməsi üçün sənədlərin hazırlanmasına başlanılıb, lakin onun adına Təsərrüfatbaşına uçot kitabında olan heyvanların sayı ilə ona ayrılacaq torpaq sahəsinin arasında uyğunsuzluq var. Belə ki, Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında Mehdiyeva Nazdı Qəmbər qızının adına cəmi 104 baş xırdabuynuzlu heyvan olduğu üçün ona heyvandarlığın inkişafı üçün 26 hektar torpaq icarəyə verilə bilər. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı tərəfindən ona ətraflı izahat verilib.

Yazıda rayon icra hakimiyyətinin başçısı haqqında deyilənlər əsassızdır”.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …